Deputat qeyd edib ki, onkoloji xəstəliklərin müalicəsinin lisenziya əsasında özəl tibb müəssisələrinə verildiyi kimi, narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsinin özəl və regional xəstəxanalara verilməsi məqsədəuyğun olardı: "Bu qanunu daha da gücləndirməliyik. Hər gün xəbərlərdə müxtəlif miqdarda narkotik vasitələrin aşkar edilməsi ilə bağlı məlumatlar verilir. Təbii ki, hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi iş aparır. Bununla yanaşı onun mənbəyinin müəyyənləşdirilib birbaşa mənbəyinin kəsilməsi məqsədəuyğun olardı. Mənbə kəsilmədən onun qarşısını almaq qeyri-mümkün olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31