AZ

TƏCİLİ! Bu şəxslər işdən AZAD OLUNACAQ

Milli Məclisin son iclasında Əmək Məcəlləsinə təklif edilən yeni dəyişikliklər əmək bazarında intizamın gücləndirilməsi və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində kəskin addım kimi qiymətləndirilir. Yeni qanun layihəsinə əsasən, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi əsasları genişləndirilir ki, bu da birbaşa olaraq narkoloji asılılığı olan və sağlamlıq arayışı olmadan riskli sahələrdə çalışan şəxsləri hədəf alır.

Xüsusilə dövlət əhəmiyyətli vəzifələrdə, ictimai iaşə və səhiyyə sektorunda çalışanların sağlamlıq vəziyyətinin ciddi nəzarətə götürülməsi, bu sahələrdə yarana biləcək fəsadların önlənməsinə xidmət edir. Qanunvericilikdəki bu yenilik həm işəgötürənlərin məsuliyyətini artırır, həm də işçilərin işə qəbulu zamanı təqdim etdikləri sənədlərin doğruluğunu mütləq şərta çevirir. Birinci oxunuşda qəbul edilən bu dəyişikliklər tezliklə qüvvəyə mindikdən sonra, müvafiq peşə növləri üzrə minlərlə müqavilənin yenidən nəzərdən keçirilməsi qaçılmaz olacaq.

Məsələ ilə bağlı NOCOMMENT.az-a hüquqşünas Natiq Ələsgərov açıqlama verərək bildirib ki, bu dəyişikliklər əmək münasibətlərində təhlükəsizlik filtrini təmin edir: “Əmək Məcəlləsinin 74-cü maddəsinə edilən bu əlavələr cəmiyyətin sağlamlığı və təhlükəsizliyi üçün kritik önəm daşıyır. Xüsusilə narkoloji xəstəliyi olan şəxslərin müəyyən peşə növlərindən kənarlaşdırılması məcburi xarakter daşıyacaq. Əgər şəxs işə qəbul zamanı narkoloji asılılığını gizlədiblərsə və ya fəaliyyət dövründə bu xəstəlik aşkar edilərsə, işəgötürən heç bir xəbərdarlıq etmədən müqaviləyə xitam vermək öhdəliyi daşıyır. Bu, subyektiv qərar deyil, qanunun birbaşa tələbidir”.

Onun sözlərinə görə, sağlamlıq arayışı olmadan çalışanlar üçün də vəziyyət ciddiləşir: “Qida sənayesi, səhiyyə və ticarət kimi sahələrdə çalışanların tibbi arayışının olmaması artıq sadəcə inzibati xəta deyil, müqaviləyə xitam verilməsi üçün əsaslı hüquqi zəmin olacaq. Əgər işçinin səhhəti onun yerinə yetirdiyi ağır və ya zərərli iş şəraitinə uyğun deyilsə, bu həm işçinin həyatını riskə atır, həm də işəgötürəni məsuliyyət qarşısında qoyur. Yeni qanunla bu boşluqlar aradan qaldırılır və tibbi müayinə sənədləri olmayan şəxslərlə əmək münasibətlərinin davam etdirilməsi qadağan olunur”.

Hüquqşünas qeyd edib ki, bu sənədin qəbulu əmək intizamında yeni dövrün başlanğıcıdır: “Birinci oxunuşdan keçən bu layihə göstərir ki, dövlət əmək bazarında şəffaflıqla yanaşı, həm də fiziki və mənəvi sağlamlıq meyarlarını ön plana çəkir. Tibbi yoxlamadan boyun qaçıran və ya narkoloji asılılığı olan şəxslərin strateji sahələrdə çalışması cəmiyyət üçün böyük riskdir. Bu dəyişikliklər həmin riskləri hüquqi yolla sıfırlamağı hədəfləyir. İşçilər və işəgötürənlər nəzərə almalıdırlar ki, sənəd tam qüvvəyə mindikdən sonra müvafiq qurumlar tərəfindən monitorinqlər gücləndiriləcək və qanunsuz işçi saxlayanları ciddi sanksiyalar gözləyir”.

Tunar,
NOCOMMENT.az

Seçilən
14
50
nocomment.az

10Mənbələr