AZ

Azərbaycan milli komandasının qolkiperi yayda Avropaya yollana bilər

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müqavilə ilə “Neftçi”yə məxsus olsa da, icarə əsasında “Qəbələ”nin qapısını qoruyan Rza Cəfərov yeni mövsümə Avropada başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, 22 yaşlı futbolçuya ölkə xaricindən təkliflər var.

Cəfərovun Avropadan gələn təklifləri dəyərləndirəcəyi gözlənilir. Rzanın “Neftçi” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, yanvarda “Qəbələ”yə icarəyə verilib.

Xatırladaq ki, mövsümün əvvəlində azərbaycanlı qapıçıya “Traktor”, “Dinamo”(Buxarest) ciddi maraq göstərirdi.

 

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sportal.az

2Mənbələr