AZ

AİB Naxçıvana investisiya yatırımlarına böyük maraq göstərir - Azərbaycan üzrə direktor

Bakı.Trend:

Asiya İnkişaf Bankı (AİB) Naxçıvana investisiya yatırımlarınaböyük maraq göstərir.

Trend xəbər verirki, bu barədə AİB-in Azərbaycan üzrə direktoru SünniyaDurrani-Camal Bakıda “Asian Development Outlook 2026” icmalınıntəqdimatı zamanı bildirib.

“Hazırda bizə dəmir yolu inkişafı ilə bağlı hər hansı layihəüzrə müraciət daxil olmayıb, lakin regionun iqtisadi inkişafıbaxımından Naxçıvana investisiya yatırımlarına böyük maraqgöstəririk. Orada əhəmiyyətli potensial mövcuddur və ümid edirəmki, ölkə proqramımız çərçivəsində bunu müzakirə edə biləcəyik.Konkret olaraq dəmir yolu layihələrinə gəlincə, hələlik bizəmüraciət olunmayıb, lakin bu sahəyə böyük maraq göstəririk”, – deyəo bildirib.

Durrani-Camal qeyd edib ki, dövlət strategiyası çərçivəsindəAzərbaycan özünü nəqliyyat-logistika mərkəzi kimi mövqeləndirir.Söhbət yalnız boru kəməri infrastrukturunun inkişafı vasitəsiləneft və qazın nəqlindən getmir, həm də enerji bağlantısının vəgələcəkdə rəqəmsal əlaqəliliyin inkişafından gedir. Beləliklə,məsələ neft-qaz sektorunun hüdudlarından kənara çıxmaqdadır.

“Dəstəyimizə gəlincə, biz keçmişdə yol infrastrukturuna,həmçinin fiziki dəmir yolu infrastrukturuna fəal şəkildəinvestisiya yatırmışıq. Hazırda əsas diqqət səmərəliliyinartırılmasına yönəlib. Biz dəmir yollarının rəqəmsallaşdırılmasınavə siqnalizasiya sisteminə fəal şəkildə investisiya qoyuruq. Ümidedirik ki, eyni yanaşmanı digər sahələrdə də tətbiq edəcəyik”, –deyə o vurğulayıb.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr