AZ

İçərişəhərdə Qala divarının dağılmış hissəsində bərpa işləri aparılacaq - FOTO

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən dərhal operativ tədbirlər görülüb.

Bu barədə“İçərişəhər” DTMQİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, hazırda əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub: “Mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək. Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib.

Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmənin nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək”.

Seçilən
1
5
aznews.az

3Mənbələr