AZ

Putin xüsusi nümayəndəsini Vaşintona göndərdi Yeni danışıqlar başlayır

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev ABŞ-yə səfər edib.

“AzPolitika” bildirir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Dmitriyev ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri ilə görüşlər keçirəcək. Danışıqların əsas mövzuları arasında Ukrayna ilə mümkün sülh sazişi və Rusiya–ABŞ iqtisadi əməkdaşlığı yer alır.

Agentlik qeyd edir ki, bu səfər ABŞ-nin Rusiya neftinə tətbiq etdiyi sanksiyaların yumşaldılması müddətinin başa çatmasına az qalmış baş tutur. Belə ki, Vaşinqton artıq yüklənmiş neftin bir ay ərzində – aprelin 11-dək alınmasına icazə vermişdi.

Bu qərarın Kirill Dmitrievin martın 12-də ABŞ-a əvvəlki səfərindən sonra qəbul edildiyi bildirilir. Həmin vaxt o, təxminən 100 milyon barel neftə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılacağını açıqlamışdı.

“Reuters”in məlumatına görə, bu dəfəki danışıqların gündəliyinə sanksiyalar məsələsinin də daxil ediləcəyi istisna olunmur. Hələlik tərəflər görüşlərlə bağlı rəsmi açıqlama verməyiblər.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
azpolitika.info

1Mənbələr