AZ

Çinli alimlər Yellouston kalderasının yaranma mexanizmini üzə çıxarıblar

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 10 aprel, AZƏRTAC

Çinli alimlərin rəhbərliyi ilə aparılan və “Science” jurnalında dərc olunan yeni araşdırma Şimali Amerikadakı Yellouston kalderasının yaranmasının arxasında duran mexanizmləri üzə çıxarıb.

AZƏRTAC Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar yüksək dəqiqlikli kompüter modelləri vasitəsilə kalderanın altındakı maqma sisteminin şaquli deyil, cənub-qərbə doğru əyilmiş formada olduğunu müəyyən ediblər. Bildirilib ki, bu proses qədim Farallon tektonik lövhəsinin dərinliklərə batması və mantiyada yaranan axınlarla bağlıdır. Alimlərin fikrincə, yeni yanaşma vulkanların fəaliyyətini daha yaxşı anlamağa və gələcək püskürmələrin proqnozlaşdırılmasına kömək edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
azertag.az

2Mənbələr