AZ

“Bir dəlinin qeydləri” monotamaşası Beynəlxalq Sənət Festivalında

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı aprelin 21-də Manisa Böyükşəhər Bələdiyyə Başqanlığı, Mədəniyyət, Sənət və Sosial İşlər Başqanlığı tərəfindən keçirilən "Manisa Mesir Macunu" Beynəlxalq Sənət Festivalında “Bir dəlinin qeydləri” monotamaşası ilə çıxış edəcək.

Bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.

Nikolay Qoqolun “Dəlinin qeydləri” adlı əsəri əsasında hazırlanan monotamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir. Səhnə əsərində Poprışşin obrazını Əməkdar artist Şövqi Hüseynov canlandırır.

Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifədə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bir dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
azertag.az

5Mənbələr