AZ

Media: Avropada təyyarə yanacağı yaya qədər tükənə bilər

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 10 aprel, AZƏRTAC

Avropada təyyarə yanacağının çatışmazlığı səbəbindən uçuşlar yay aylarında dayandırıla bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti Avropa mənbələrinə və məxfi məlumatlara istinadla bildirib. Qəzetin yazdığına görə, bəzi ölkələrdə yalnız 10 günlük ehtiyat qalıb. “Avropanın strateji ehtiyatları bəzi regionlarda yayın qızğın vaxtında uçuşları davam etdirmək üçün yetərli olmaya bilər. Yalnız iki ölkənin 90 günlük kerosin ehtiyatı var”, - qəzet belə yazır.

Avropa ümumi təyyarə yanacağı ehtiyacının 43 faizini körfəz vasitəsilə idxal edir. Brüssel ABŞ, İsrail və İran arasında atəşkəsin qüvvədə qalacağına və tankerlərin Hörmüz boğazından keçməsinə imkan verəcəyinə ümid bəsləyir. Lakin müntəzəm daşımalar bərpa olunsa belə, tankerlərin gəlməsi və boşaldılması iki ayadək vaxt aparacaq.

Qəzet ABŞ-nin Avropa üçün alternativ ixracatçı ola biləcəyini, lakin bunun neçəyə başa gələcəyinin və şərtlərin hələ məlum olmadığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
4
azertag.az

5Mənbələr