AZ

UN Habitat ın nümayəndəsi: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycanla əməkdaşlıq yeni mərhələdə davam edir və dayanıqlı inkişaf üzrə resursların səfərbərliyi artırılır.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Anna Soave Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında çıxışı zamanı deyib.

Anna Soave Azərbaycanın icraedici hökumətinə BMT və onun proqramlarını dəstəklədiyinə görə dərin təşəkkürünü bildirib. O qeyd edib ki, bu dəstək yalnız əvvəlki dövrdə deyil, yeni əməkdaşlıq çərçivəsində də ardıcıl şəkildə davam edir.

“İş planı artıq cari ilin yanvar ayından icra olunmağa başlayıb və 2026-cı ilin dekabr ayına qədər davam edəcək. Nəticələrin ilin sonunda təqdim olunması nəzərdə tutulur. Cari il üçün ümumi tələb olunan resurslar 3 milyon 667 min 600 dollardan bir qədər çox, mövcud resurslar isə təxminən 1,6 milyon dollar və əlavə 73 min dollar təşkil edir. Qalan vəsaitlərin səfərbər olunması əsasən tərəfdaşlar və resurs səfərbərliyi imkanları hesabına həyata keçiriləcək. Ümumi tələb olunan vəsaitlər baxımından Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) aparıcı mövqedədir. Mövcud resursların bölgüsündə isə UN-Habitat, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və digər tərəfdaş agentliklər, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), BMT-nin gender bərabərliyi və qadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə strukturu (UN Women) və digər qurumlar yer alır”, - deyə Anna Soave qeyd edib.

Bildirilib ki, indiyədək maliyyələşmənin böyük hissəsi təmin olunub, lakin hələ də 1,9 milyon dollardan çox vəsaitin səfərbər olunmasına ehtiyac var: “Bu istiqamətdə bir sıra layihələr hazırda hökumətin yekun təsdiqini gözləyir və həmin təsdiqlərin əlavə maliyyə imkanlarının yaranmasına şərait yaradacaq. Maliyyə vəsaitlərinin əsas hissəsi BMT-nin əsas maliyyə mənbələrindən, eləcə də Azərbaycan hökuməti, Avropa Komissiyası və Avropa İttifaqı, həmçinin İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən təmin olunur”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
azertag.az

3Mənbələr