AZ

İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir - Emin Əmrullayev

İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir - Emin Əmrullayev

“İmtahan suallarının real həyatla uyğunluğunun artırılması olduqca vacib məqamdır”.

AFN.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

Nazir imtahanlar üçün sualları hazırlayan müəllimlərə də müraciət edərək bildirib ki, bəzi hallarda suallar bilikləri ölçməkdən çox, iştirakçıları çaşdırmağa yönəlir ki, bu da düzgün yanaşma deyil. Onun sözlərinə görə, əsas məqsəd süni çətinlik yaratmaq deyil, şagirdin hazırlıq səviyyəsini düzgün qiymətləndirmək olmalıdır.

O əlavə edib ki, imtahan tapşırıqları şagirdlərin nə dərəcədə bilik və bacarıqlara malik olduğunu obyektiv şəkildə müəyyən etməlidir. Bu yanaşmanın dəyişdirilməsi isə yalnız ayrı-ayrı qurumların deyil, ümumilikdə Azərbaycan pedaqoji mühitinin qarşısında duran əsas vəzifələrdən biridir.

Emin Əmrullayev vurğulayıb ki, qiymətləndirmə prosesi təhsilin keyfiyyətini aşağı salan deyil, əksinə, şagirdlərin gələcək inkişafına və onların praktiki biliklərinin möhkəmlənməsinə xidmət edən bir mexanizmə çevrilməlidir.

Seçilən
0
7
afn.az

10Mənbələr