AZ

“Əvəzi teatra mən dəvət etdim” “Hansı haqsızlığı müzakirə edirik?!”

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Son günlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ətrafında müzakirələr səngimək bilmir. Səsləndirilən əsas iddialar sırasında müəyyən əməkdaşların işdən uzaqlaşdırılması, qastrol səfərləri zamanı musiqiçilərə qonorar ödənilməməsi və əməkhaqqı ilə bağlı narazılıqlar yer alır.

“Qafqazinfo” xəbər verir ki, Oxu.Az-a müsahibə verən Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov müzakirə mövzusu olan məsələlərə aydınlıq gətirib.

Direktor ilkin olaraq teatr binasının açılışı məsələsinə toxunub:

“Mən 3 il əvvəl bu teatrın rəhbərliyinə gələndə müəyyən orqanların rəsmi rəyi var idi, “Burada işləyə bilməzsiniz, təhlükəlidir”. Bunlar çox ciddi məsələlərdir. Deyə bilərlər ki, “bu vaxta qədər heç nə olmamışdı”. Niyə olmalıdır ki? Elə gərək kiminsə başına nəsə düşsün ki, teatr təmirə bağlansın? Biz rəyləri aldıqdan sonra başa düşdük ki, gərək səhnə təmir olunsun. Artıq iki aya layihə bitir. Bundan sonra işlərə başlanılacaq. Gərək əvvəlcə layihə bitsin. İyun ayında layihə tamamlandıqdan sonra, teatrda fiziki olaraq işlərə başlayacaqlar”.

Xalq artisti Əvəz Abdullayevlə bağlı məsələyə gəlincə, Y.Eyvazov vəziyyətin bu yerə gəlib çıxmasına səbəbin nə olduğunu bilmədiyini qeyd edib:

“Mən bu məsələnin hüquqi tərəfini deyə bilərəm. 3 il əvvəl mən teatrın rəhbərliyinə gələndə Xalq artisti Əvəz Abdullayev bu teatrın solisti deyildi. Mənim onunla uzunmüddətli yaxşı münasibətim var. Mən özüm onu teatra dəvət etdim. Eyni zamanda başqa bir neçə görkəmli sənətkarları da dəvət etdim. Çünki hesab edirəm ki, belə sənətkarların teatrda çıxışı böyük prestijdir.

Bilirdim ki, Əvəz xaricdə yaşayır və buna baxmayaraq, üç il onu teatrda saxladım. Hər ay maaş da alırdı. İldə bir-iki dəfə gəlib çıxış edirdi. Mədəniyyət Nazirliyinin yoxlaması oldu və mənə dedilər ki, “xaricdə daimi yaşayan sənətkarlar teatr truppasının hissəsi ola bilməz”. Bundan sonra qərar verildi ki, 12 aya aldığı maaşı bölürük və onu keçiririk qonorara. İldə iki-üç dəfə gəlib çıxış edib pulunu alırsan.

Azərbaycanda yaşayıb səfərlərə gedən sənətçilərimizlə bağlı da belə qərar verdik ki, səfərlərə gedərkən öz hesablarına məzuniyyətə çıxsınlar. Əvəz axı burada yaşamır. Biz nəyi müzakirə edirik? Hansı haqsızlığı müzakirə edirik?! Biz bununla bağlı o hələ Almaniyada olanda telefon danışığı zamanı söhbət etmişdik. O gəldi martin 12-də çıxış etdi. Ondan soruşdum nə vaxt qayıdacağını və bildirdim ki, yanıma gəlsin danışaq. Amma gəlmədi və bu söhbətlər yayıldı. Martin 31-də müqaviləsinə xitam verildi”. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
qafqazinfo.az

2Mənbələr