AZ

TuranBank İsveçrənin responsAbility Investments AG fondu ilə əməkdaşlığa başlayıb

Bakı.Trend:

Azərbaycanda real sektorun inkişafını dəstəkləyən aparıcımaliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalqmaliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi və yerliiqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının genişləndirilməsistrategiyası çərçivəsində İsveçrənin nüfuzlu responsAbilityInvestments AG şirkəti ilə yeni əməkdaşlıq sazişi imzalayıb.

Sazişə əsasən, responsAbility Investments AG tərəfindənTuranBank-a 3 il müddətinə yerli valyutada 10 milyon ABŞdolları ekvivalentində maliyyə vəsaiti təqdim olunub.Ayrılmış vəsaitin Azərbaycanın qeyri-neftsektorunun, xüsusilə kiçik və orta sahibkarlıqsubyektlərinin (KOS) maliyyələşdirilməsinə yönəldilməsinəzərdə tutulur. Maliyyələşmənin yerli valyutada təqdim edilməsisahibkarların valyuta məzənnəsi risklərindənqorunmasına, eyni zamanda biznes layihələri üçün dahaəlverişli və dayanıqlı maliyyələşmə şərtlərininformalaşmasına şərait yaradacaqdır. Bu təşəbbüs ölkədə iqtisadişaxələndirmənin dərinləşdirilməsinə və sahibkarlıq mühitinininkişafına mühüm töhfə verəcəkdir.

Benoit Bouet, responsAbility Investments AG şirkətinin ŞərqiAvropa, Qafqaz , Mərkəzi Asiya (EECCA), Yaxın Şərq və Şimali Afrika(MENA) regionları üzrə rəhbəri: “Bu əməliyyat maliyyəinstitutlarının kreditləşdirilməsi strategiyamızla tam uyğunluqtəşkil edir. Yerli valyutada maliyyələşmə təqdim etməklə,Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin maliyyəresurslarına çıxışını dəstəkləməyi və yerli real iqtisadiyyatıninkişafına töhfə verməyi hədəfləyirik.”

“responsAbility Investments AG ilə imzaladığımız bu yenisaziş Bankımıza olan etimadın və maliyyə dayanıqlığımızın növbətigöstəricisidir. 10 milyon ABŞ dolları məbləğində olan bu vəsaitinyerli valyutada cəlb edilməsi ölkəmizdə kiçik və orta sahibkarlıqsubyektlərinin maliyyə əlçatanlığını artırmaqla yanaşı, onlarıməzənnə risklərindən qoruyacaq. Bu əməkdaşlıq vasitəsilə bizhəmçinin ölkədə maliyyə inklüzivliyini gücləndirməyi vəregionlardakı sahibkarlara dəstəyimizi daha da genişləndirməyihədəfləyirik. Biz real sektoru dəstəkləməyə və ölkəiqtisadiyyatının qeyri-neft sahəsindəki dayanıqlı inkişafına töhfəverməyə davam edəcəyik",- deyə TuranBank ASC-nin İdarəHeyətinin sədri Orxan Qarayev bildirib.

Bu tərəfdaşlıq TuranBank ASC- nin beynəlxalq maliyyəinstitutları arasında etibarlı tərəfdaş kimi mövqeyini bir dahatəsdiqləməklə yanaşı, onun davamlı inkişaf prinsiplərinə və maliyyəinklüzivliyinə sadiqliyini nümayiş etdirir.

responsAbility Investments AG qlobal miqyasda təsiredici(impact) investisiyalar sahəsində aktivlərin idarə edilməsi üzrəixtisaslaşmış və inkişafyönümlü investisiya şirkətləri arasındaaparıcı mövqeyə malik qurumlardan biri kimi tanınır. Şirkət əsasəninkişaf etməkdə olan və yüksələn bazarlarda fəaliyyət göstərən,dayanıqlı biznes modellərinə malik özəl şirkətləri hədəfləyənmüxtəlif investisiya alətlərini idarə edir və bu çərçivədə xüsusiborc və kapital yerləşdirmələri həyata keçirir. Təsiredici (impact)yanaşma şirkətin investisiya strategiyasının ayrılmaz tərkibhissəsini təşkil edir. Bu strategiyalar həm insanlar, həm də ətrafmühit üçün ölçüləbilən müsbət nəticələrin əldə olunmasınayönəlməklə yanaşı, eyni zamanda rəqabətədavamlı maliyyəgəlirlərinin təmin edilməsini hədəfləyir.

TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycanmaliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlıqurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalqstandartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir.Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərənTuranBank ASC, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişafnümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyətprinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorundamühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün:www.turanbank.az

TuranBank

Bizimlə etibarlıdır...

Məqalədə:
Seçilən
16
12
az.trend.az

10Mənbələr