Aprelin 9-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 131, o cümlədən borclu şəxs qismində axtarışda olan 94, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 və dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 37 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi çəkisi 24,6 kiloqrama narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1,1 kiloqramdan artıq heroin, 19,8 kiloqramdan çox marixuana, 2,4 kiloqramdan çox tiryək, 1,3 kiloqrama yaxın metamfetamin və 253 ədəd yüksək təsiredici xassəyə malik həb olub.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 4 tüfəng, 14 patron darağı və 104 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər də saxlanılıb.