AZ

Pentaqon: İrana qarşı əməliyyatın gedişində 380 amerikalı hərbçi yaralanıb

Bakı, 10 aprel, AZƏRTAC

İrana qarşı əməliyyatların başlamasından bəri azı 380 amerikalı hərbçi yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Pentaqon (ABŞ Müdafiə Nazirliyi) açıqlayıb. Məlumata görə, 346 hərbçi birbaşa döyüş əməliyyatları zamanı yaralanıb. Onlardan 231-i ordunun, 63-ü Hərbi Dəniz Qüvvələrinin, 33-ü Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu, 19-u isə dəniz piyadasıdır.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin sözlərinə görə, yaralanan amerikalı hərbçilərin əksəriyyəti İranın dron hücumlarına məruz qalıb.

Bu günədək döyüş əməliyyatlarında 13 amerikalı hərbçi həlak olub. Onlardan altısı Küveytdə, biri Səudiyyə Ərəbistanında, qalanları isə yanacaq dolduran təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirib.

Seçilən
20
2
azertag.az

3Mənbələr