AZ

Mədəniyyət sahəsində layihələr belə maliyyələşdiriləcək

Milli Məclis “Mədəniyyət haqqında” qanuna dəyişiklikləri son oxunuşda qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, dəyişikliyə əsasən, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr yalnız QHT-lərlə deyil, digər hüquqi şəxslər və fiziki şəxslərlə də keçirilə biləcək. Bunun üçün xüsusi qaydaların təsdiqi nəzərdə tutulur.

Eyni zamanda, “mədəni və yaradıcı sənaye” anlayışı qanunvericilikdə rəsmiləşdirilir. Müsabiqələrin keçirilməsi qaydalarını isə müvafiq icra orqanı müəyyən edəcək.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
16
yenisabah.az

1Mənbələr