AZ

Taksilərlə bağlı yeni tələblər gəlir

Taksi ilə sərnişin daşımalarda istifadə olunan avtomobillərlə bağlı yeni tələblər hazırlanacaq. Yeni qaydaların texniki göstəricilər, həmçinin avtomobillərin daxili və xarici görnüşünü də əhatə edəcəyi bildirilir.

İndi əsas sual budur: bu dəyişikliklər xidmət keyfiyyətini artıracaq, yoxsa qiymət artımına yol açacaq?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, proses hələ başlanğıc mərhələsindədir:

“Qərarda da göstərilir ki, müvafiq sənəd və qaydalar 2 ay müddətində hazırlanmalıdır. Proses ilkin mərhələdədir. Yəni əvvəlcə həmin təklifləri ərsəyə gətirmək lazımdır. Bundan sonra dəyişikliyin real proseslərə necə təsir göstərəcəyi aydın olacaq. Bu baxımdan indidən “qiymətlərə necə təsir edəcək?” sualını qəti şəkildə cavablandırmaq düzgün deyil.

Qərar əsasən nəqliyyat vasitələrinin daxili və xarici tərtibatı ilə bağlı məsələlərin nəzərdən keçirilməsini əhatə edir. Söhbət sürücü haqqında məlumat lövhəsinin olmasından, post-terminalın quraşdırılmasından, avtomobilin təmiz və səliqəli saxlanılmasından, xarici görnüşünün normal olmasından, eləcə də avtomobilin istehsal ili kimi meyarlardan gedir”.

Seçilən
6
2
publika.az

2Mənbələr