AZ

Emin Əmrullayev: Cəmiyyətimiz ədalətli imtahanlar nəticəsində təhsil alıb fəaliyyət göstərən insanlardan formalaşıb

Bakı, 10 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi hazırda Azərbaycan vətəndaşları haqqında ən əhatəli informasiyaya malik qurumdur. Bu informasiya böyük xəzinədir. Bu, yalnız ali təhsil müəssisələrinə qəbul və ya buraxılış imtahanlarının sonunda 2 və ya 3 rəqəmli ballarla ifadə edilmiş rəqəmlər deyil.

AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev DİM-in 10 İllik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

Nazir bildirib ki, DİM müxtəlif funksiyaların həyata keçirilməsi ilə bağlı səmərəli və doğru qərarlar verilməsi üçün mənbədir: “Bəzən insanların nostalji ilə xatırladığı sovet təhsil sistemində mövcud olan vəziyyətin müstəqillik illərində dəyişməsi bu qurumun Azərbaycan dövləti və xalqı qarşısında dəyişməsidir. Cəmiyyətimiz məhz bu ədalətli imtahanların nəticəsində təhsil alıb, dövlət qulluğunda fəaliyyətdədir”.

Müxbirlər - Aysel Azadqızı və Aytac Babayeva
Fotoqraf - Azər İbrahimov
Videooperator - Namiq Abdullayev
Seçilən
12
2
azertag.az

4Mənbələr