AZ

Avropa Beynəlxalq Hospitalının laboratoriya şöbəsi müasir diaqnostika imkanlarını genişləndirir -FOTO


Avropa Beynəlxalq Hospitalı laboratoriya xidmətlərini inkişaf etdirərək pasiyentlərə müasir, sürətli və yüksək dəqiqlikli diaqnostik imkanlar təqdim edir.

Medicina.az xəbər verir ki, yenilənmiş laboratoriya infrastrukturu müxtəlif tibbi analizlərin etibarlı və operativ şəkildə həyata keçirilməsinə şərait yaradır. Laboratoriyada hematoloji, biokimyəvi, seroloji, immunoloji, bakterioloji və PCR analizləri həyata keçirilir ki, bu da xəstəliklərin erkən diaqnostikası və düzgün müalicə planının qurulmasında mühüm rol oynayır.

Hospitalın laboratoriya şöbəsinə rəhbərlik edən həkim-laborant Lalə Cəfərova uzunillik təcrübəyə malik mütəxəssisdir. O, Azərbaycan Tibb Universitetində təhsil almış, müxtəlif tibb müəssisələrində fəaliyyət göstərmiş və 2025-ci ilin may ayından etibarən Avropa Beynəlxalq Hospitalında laboratoriya şöbə müdiri kimi çalışır.

Laboratoriyada hormon, vitamin və infeksiya analizləri müasir və yüksək dəqiqlikli texnologiyalar vasitəsilə aparılır. Avtomatlaşdırılmış sistemlər sayəsində hormonal balansın qiymətləndirilməsi, vitamin səviyyələrinin müəyyən edilməsi və bakterial və viral infeksiyaların aşkarlanması sürətli və etibarlı şəkildə həyata keçirilir.

Eyni zamanda, biokimya analiz aparatları qanın geniş spektrli göstəricilərini, qaraciyər və böyrək funksiyalarını, qanda şəkər və lipid profilini, elektrolit balansını yüksək dəqiqliklə ölçməyə imkan verir. Müasir hematoloji analizatorlar isə qan hüceyrələrinin detallı analizini təmin edərək həkimlərin daha dəqiq diaqnoz qoymasına dəstək olur.

Şəkərli diabetin diaqnostikası və uzunmüddətli nəzarəti üçün istifadə olunan qlikohemoqlobin (HbA1c) analizi son 2–3 ay ərzində qanda şəkərin orta səviyyəsini müəyyən etməyə imkan verir və xəstəliyin gedişatının izlənməsində mühüm rol oynayır.

Avropa Beynəlxalq Hospitalı müasir texnologiyalar və peşəkar tibbi heyət vasitəsilə yüksək keyfiyyətli laboratoriya xidmətləri təqdim etməyə davam edi


Seçilən
18
1
medicina.az

2Mənbələr