AZ

Azərbaycanla Belarus arasındakı saziş ratifikasiya edildi

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Milli Məclis Azərbaycanla Belarus arasında daha bir yeni sazişi ratifikasiya edib. 

“Qafqazinfo” xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib. 

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
qafqazinfo.az

1Mənbələr