AZ

Repetitorluq sistemi oxuyub-anlama bacarıqlarına mane olur - Emin Əmrullayev

Bakı. Trend:

Oxuyub-anlama bacarıqları Azərbaycan təhsil sisteminin ən həssasvə inkişaf etdirilməli istiqamətlərindən biridir.

Trend xəbərverir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahanMərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən“Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya”mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.

“Bu mənada hesab edirəm ki, məhz oxuyub-anlama bacarıqlarınıdaha geniş şəkildə ölçməliyik. Baxmayaraq ki, cəmiyyətdə müəyyənmüqavimət var, həmçinin repetitorluq sisteminin də bu istiqamətdəmüəyyən təsirləri hiss olunur, biz yenə də bu bacarıqlarınqiymətləndirilməsini gücləndirməliyik. Ola bilər ki, nəticələrilkin mərhələdə aşağı düşsün, suallar çətin görünsün və yainsanlarda geriləmə təəssüratı yaransın. Lakin bu, reallığınölçülməsi baxımından vacibdir. Çünki uzunmüddətli perspektivdəoxuyub-anlama bacarıqları hər bir şəxsin peşəkar inkişafındahəlledici rol oynayır.

İmtahan məzmunu ilə real həyat tələbləri arasında uyğunluğuntəmin olunması da əsas müzakirə mövzularından biri olmalıdır. Bu,birmənalı çıxış yolu deyil, lakin düşünürəm ki, bu kimi məsələlərgeniş müzakirə edilməlidir. Məsələn, şəxsi fikrim olaraq hesabedirəm ki, yaxşı hüquqşünas olmaq üçün tarix və riyaziyyatbilikləri də mühüm rol oynayır. Bu baxımdan, imtahan sualları iləhəyatda tələb olunan bacarıqlar arasında uyğunluğun axtarılmasıvacib istiqamətlərdən biridir. Bu prosesdə Dövlət İmtahan Mərkəzivə Elm və Təhsil Nazirliyi mühüm rol oynasa da, ilkin mərhələdə buməsələlər cəmiyyət səviyyəsində müzakirə olunmalıdır".

Seçilən
24
2
az.trend.az

3Mənbələr