AZ

İran nüvə silahını SINAQDAN KEÇİRDİ, Tehranda PARTLAYIŞ – Rusiyadan ŞOK İDDİA–Canlı debat–TV Musavat

İran tükənməz potensiala malik “Hörmüz boğazı” adlı “nüvə silahını” sınaqdan keçirdi.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sosial media platforması X-də bildirib.

Medvedyev vurğulayıb ki, Vaşinqton və Tehran arasında atəşkəsin necə inkişaf edəcəyi ilə bağlı heç bir aydınlıq yoxdur:

“Amma bir şey dəqiqdir: İran “nüvə silahı”nı sınaqdan keçirdi. Bu, “Hörmüz boğazı” adlanır”.

Qeyd edək ki, ABŞ və İran bu gün iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

İranın Tehran vilayətinin şərqində və şimal-şərqində bir neçə partlayış səsi eşidilib.

Teleqraf xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Tehran sakinləri ən azı iki-üç partlayış səsi eşitdiklərini bildiriblər. Onların sözlərinə görə, səslər təxminən bir dəqiqəlik fasilə ilə eşidilib və hava hücumundan müdafiə sistemlərinin atəşi ilə əlaqəli deyil, partlayışlarla bağlıdır.
İran rəsmiləri hələlik bu məsələ ilə bağlı açıqlama verməyiblər.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Seçilən
21
musavat.com

1Mənbələr