ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
PSJ "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocers uğrunda İngiltərə nəhəngləri ilə mübarizə aparmağa hazırdır.
Bu barədə "The Telegraph" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Fransa təmsilçisi Rocersi heyəti gücləndirmək üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirir. Birmingem klubu isə ulduz futbolçusu üçün 90 milyon avrodan çox gəlir əldə etmək niyyətindədir. Əgər oyunçuya maraq göstərən klubların sayı artsa, transferin sabit məbləği təxminən 100 milyon avroya çata, bonuslarla birlikdə isə 120 milyon avroya yaxınlaşa bilər.
Bu məbləğin bir hissəsi "Midlsbro"ya çatacaq. Belə ki, "Aston Villa" futbolçunun gələcək satışından əldə olunan mənfəətin 20 faizini əvvəlki klubuna ödəməlidir.
23 yaşlı futbolçu ilə "Arsenal", "Çelsi" və "Mançester Yunayted"in maraqlandığı bildirilir.
Xatırladaq ki, Rocers vaxtilə Birmingem klubuna 17,5 milyon avro qarşılığında transfer olunmuşdu.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.