Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pereşkianla telefonla danışıb. Danışıqlar zamanı bölgədəki atəşkəs və təhlükəsizlik vəziyyəti müzakirə edilib.
Prezident Aparatının Kommunikasiya İdarəsinin açıqlamasına görə, liderlər görüş zamanı Türkiyənin atəşkəs prosesində müvafiq ölkələrlə birlikdə intensiv səylər göstərdiyini vurğulayıblar.
Ərdoğan qarşıdakı günlərdə başlayacaq danışıqların davamlı sülh və sabitlik üçün maksimum dərəcədə istifadə edilməsinin vacibliyini qeyd edib. O, prosesi pozmaq istəyənlərə fürsət verilməməli olduğunu və Türkiyənin dost ölkələrlə birlikdə hər cür töhfə verməyə hazır olduğunu bildirib.
Prezident həmçinin qardaş İran xalqının itkilərinə görə başsağlığı verib və Türkiyənin məqsədinin bölgədə yeni sağlam dialoq və əməkdaşlıq mühiti yaratmaq olduğunu vurğulayıb.