Bakı. Trend:
Azərbaycan bu ilin may ayında BMT-nin Ümumdünya ŞəhərsalmaForumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. Bu, qlobalmiqyasda mühüm hadisədir. BMT bu tədbirin uğurla keçirilməsi üçünbütün sistem üzrə dəstək göstərməyə hazırdır.
Trend xəbər verirki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisiİqor Qarafuliç bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrəƏməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsininiclasında deyib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumu Azərbaycanındayanıqlı şəhər inkişafı, iqlimə davamlılıq və inklüziv artımsahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün unikalimkan yaradacaq: "Eyni zamanda bu tədbir beynəlxalqtərəfdaşlıqların gücləndirilməsinə və Dayanıqlı İnkişafMəqsədlərinin irəlilədilməsinə töhfə verəcək.
Bu çərçivədə biz milli tərəfdaşlarla sıx əməkdaşlıq edirik ki,Forumun nəticələri əməkdaşlıq çərçivəsinin prioritetləri iləuyğunlaşsın və uzunmüddətli inkişaf təsirinə malik olsun.
Heç bir şübhəm yoxdur ki, bu tədbir uğurla baş tutacaq. Bu,böyük beynəlxalq konfrans olacaq. Hazırkı dövrdə dialoqun vəçoxtərəfli əməkdaşlığın əhəmiyyətini müzakirə etmək üçün imkanlardünyada çox məhduddur".
"Azərbaycanın Bakıda bu mövzu ətrafında müxtəlif ölkələrinnümayəndələrini bir araya gətirməsi çox vacibdir. Forumun əsasmövzusu mənzil və şəhər inkişafı olsa da, burada nazirlər, hökumətbaşçıları çıxış edəcək, mühüm müzakirələr aparılacaq. Bu isəhazırkı dövrdə Azərbaycanın çox vacib töhfəsidir", - BMTnümayəndəsi qeyd edib.