“Arsenal” baş məşqçisi Mikel Arteta ilə ilkin danışıqlara başlayıb.
Msport.az xəbər verir ki, London klubunun rəhbərliyi ispaniyalı mütəxəssisin müqaviləsini uzatmaq istəyir.
Arteta 2019-cu ildən “topçular”a rəhbərlik edir. O, bu müddət ərzində yalnız debüt ilində kluba İngiltərə kubokunu qazandırıb.
44 yaşlı məşqçinin hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
BBC-nin məlumatına görə tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqları müsbət istiqamətdə başlamışdılar. Lakin tərəflər mövsümün sonuna doğru bütün diqqəti Premyer Liqaya və Çempionlar Liqasına yönəltmək üçün danışıqlara fasilə veriblər.