AZ

“Arsenal” Artetaya yeni müqavilə təklif etməyə hazırlaşır


“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubla yeni müqavilə imzalamaq üçün ilkin danışıqlar aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC yelekanalı məlumat yayıb.
Məlumata görə, Arteta 2019-cu ildən bəri kluba rəhbərlik edir. O, məşqçi kimi yeganə böyük mükafatını İngiltərə kubokunu “Arsenal”dakı debüt mövsümündə qazanıb.  
Hazırda mütəxəssisin müqaviləsinin bitməsinə bir il qalıb, lakin 44 yaşlı ispaniyalı öz işi ilə klub rəhbərlərini doğru insan olduğuna inandırıb.
BBC-nin məlumatına görə, tərəflər bir müddət əvvəl yeni bir razılaşmanı müzakirə etməyə başlayıblar və bu proses müsbət istiqamətdə davam edib. Lakin mövsümün sonu yaxınlaşdıqca tərəflər danışıqları dayandırmaq və mövsümün uğurla başa çatmasına diqqət yetirmək barədə razılığa gəldilər.
Seçilən
15
yeniavaz.com

1Mənbələr