AZ

Arda Turan böyükhesablı qələbəni şərh etdi

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Arda Turan böyükhesablı qələbəni şərh etdi

"Çətin oyun oldu. Düşünmürəm ki, 90 dəqiqə hesabı əks etdirir. Çünki ilk hissədə istədiyimiz kimi oynaya bilmədik. Xətlər arasında əlaqə itirdi".

QOL.az xəbər verir ki, bu sözləri "Şaxtyor"un baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının 1/4 finalının "AZ Alkmaar"la keçirilən ilk matçından sonra mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssisin komandası Niderland təmsilçisini 3 cavabsız qolla məğlub edərək böyük üstünlük qazanıb. Bununla belə, baş məşqçi cavab matçına rahat çıxmağın onlar üçün son ola biləcəyini qeyd edib:

"Bizi öldürəcək şey təkəbbürdür. Əgər hər hansı bir yumşalma və ya rahatlaşma olarsa, uğursuzluq qaçılmazdır. Çünki "AZ Alkmaar" çox çətin rəqibdir. Arxayın yox, təvazökar olmalıyıq. Səfərdə də qalib gəlmək üçün oynamalıyıq. Çünki çox yaxşı təşkil olunmuş futbol mədəniyyəti ilə qarşılaşırıq. 1/4 finalın nə demək olduğunu hiss etmək istəyirdik. Amma bu, bizim üçün asan deyil, çünki öz stadionumuzda oynamadığımızı hiss edirik".

Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 16-da Alkmaarda olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
qol.az

4Mənbələr