“Neftçi” hücumçusu Ağadadaş Salyanski ilə bağlı qərarını verib.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik forvardı komandada saxlamaq istəyir. Bu barədə futbolçunun özünə də deyilib.
Hücumçuya hələlik rəsmi olaraq sözləşmə təklif edilməsə də, onun komandada qalacağı gözlənilir. Ağadadaş da “ağ-qaralar”da qalmağa müsbət yanaşır.
Xatırladaq ki, oyunçunun klubu ilə sözləşməsi mövsüm sonu başa çatır. O, cari mövsüm bütün turnirlərdə 11 oyun keçirib və 2 qol vurub, 2 asist edib.