AZ

Bu insanlarla qətiyyən evlənməyin

İnsanlar münasibətlərin əvəllərində bir-birlərinə qarşı çox nəzakətli və sevgi dolu olsa da, bəzən evləndikdən sonra qarşı tərəfin bizə məlum olmayan bəzi xüsusiyyətləri üzə çıxır.

Ölkə.Az xəbər verir ki, sevgili və ya nişanlılıq dövründə çox adama xoş gələn bəzi qısqanclıqlar evlilikdən sonra həyatınızı “zəhər”ə çevirə bilər.

Türkiyəli bədən dili mütəxəssisi Aşkım Kapışmak bəzi insanlarla evlilikdən qaçmağı məsləhət görür. O, həmin şəxslərin xüsusiyyətlərini aşağıdakı kimi sadalayıb:
1.    Hər addımını sorğulayıb “harada idin, kiminlə idin?” kimi suallar verən  -paranoyaklar.
2.    Hər mübahisədən sonra “onda ayrılaq” deyib sənin addım atmağını gözləyən - duyğusal şantajçılar.
3.    Hər söhbəti öz dərdlərinə çevirib səni dinləməyən - “mən” mərkəzli olanlar
4.    Hər addımını tənqid edib sonra da “sadəcə fikrimi dedim” bəhanəsi arxasında gizlənən - gizli nəzarət edənlər.
5.    Hər mübahisədən sonra “gör məni nə həddə çatdırdın” deyən - duyğusal manipulyasiyaçılar
6.    Əsəbiləşəndə səni qorxutmaq üçün əşyaları sağa sola atan - şiddətə meyilli insanlar
7.    Hər şey yolunda olanda belə bir problem yaradan - xaos asılılığı olanlar
8.    Dost çevrəni yavaş-yavaş səndən uzaqlaşdıran - izolyasiya edənlər.
9.    Hər mübahisədən sonra səni cəzalandırmaq üçün günlərlə yoxa çıxan - səssizliklə əziyyət edənlər.
10.    Hər gün bir əvvəlki halı üçün darıxdığınız - balanssız insanlar.

Billurə
 

Seçilən
23
1
olke.az

2Mənbələr