Bakı. Trend:
Havana Vaşinqton ilə danışıqlar aparmaqda maraqlıdır, lakin bumüzakirələr heç bir ilkin şərt olmadan həyata keçirilməlidir.
Trend-inməlumatına görə, bu barədə Kuba Prezidenti Migel Dias-Kanel “NBCNews”a verdiyi müsahibədə bildirib.
Qeyd edib ki, dialoq siyasi sistem də daxil olmaqla, heç birdəyişiklik tələbi qoyulmadan aparılmalıdır. “Biz heç bir şərtqoymadan, siyasi sistemimizi dəyişdirmək tələbi olmadan istənilənmövzuda dialoq və müzakirədə maraqlıyıq, necə ki, öz düşüncələrimizvə şübhələrimiz olan Amerika siyasi sistemində dəyişikliklər tələbetmirik”, – deyə dövlət başçısı vurğulayıb.