Rusiya prezidenti Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyev ABŞ-dadır.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, o, Ukraynada sülh sazişini müzakirə etmək üçün prezident Donald Tramp administrasiyasının nümayəndələri ilə görüşlər keçirir.
Reuters agentliyinin səfərlə tanış mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ və Rusiya arasında iqtisadi əməkdaşlıq müzakirə mövzularından biridir.
Həmçinin qeyd olunur ki, Dmitriyev Hörmüz boğazının blokadasından sonra Rusiya neftinə tətbiq edilən yumşaldılmış sanksiyaların müddətinin uzadılması məsələsi də gündəmdədir.
Xatırladaq ki, ABŞ martın 12-də dənizdə ilişib qalan Rusiya nefti və neft məhsullarını almağa icazə verən 30 günlük güzəşt tətbiq edib. Bu, Putin və Tramp arasında 9 martda baş tutan söhbətdən, ardınca Dmitriyevin ABŞ-a səfərindən sonra baş verib.
Musavat.com