AZ

“Trampa “atam” deməmişəm” Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

NATO-nun Baş katibi Mark Rutte ABŞ prezidenti Donald Tramp barədə səsləndirdiyi və geniş müzakirələrə səbəb olan “atam” ifadəsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, jurnalistin “Dünəndən sonra hələ də Trampı “ata” hesab edirsinizmi?” sualını cavablandıran Rutte qeyd edib ki, məsələ, əslində, dil fərqlərindən qaynaqlanır.

Onun sözlərinə görə, holland dilində “sənin atan” ifadəsi ingilis dilinə tərcümə edilərkən “daddy” kimi səslənə bilər: “Mən demişdim ki, bəli, bəzən “ata” qəzəbli olmalı olur. Amma mən onu öz “atam” adlandırmamışdım”.

Rutte vurğulayıb ki, “daddy” sözünün fərqli məna çalarları da var və bu səbəbdən ifadə müxtəlif cür anlaşılır.

NATO rəhbəri əlavə edib ki, yaranan vəziyyəti qəbul etməli olduğunu anlayır: “İndi bununla yaşamalıyam – bu, ömrüm boyu belə davam edəcəkmi? Amma mən bunu qəbul edirəm, prezident də bunu qəbul edir”.

O həmçinin qeyd edib ki, Donald Tramp bu mövzu ilə bağlı video hazırlayıb və bunu “çox gülməli” adlandıraraq əlavə edib ki, məhz bu səbəbdən onu bəyənir.

Qeyd edək ki, ötən il NATO Baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampa  Haaqada keçirilən NATO sammiti çərçivəsində jurnalistlər qarşısında zarafatla “ata” deyə müraciət edib. Hadisə iki liderin görüşlərdən əvvəl mətbuat qarşısında birgə çıxışı zamanı baş verib. Tramp həmin vaxt İsrail və İran arasında son atəşkəs pozuntuları barədə danışaraq, tərəfləri “məktəb həyətində dalaşan uşaqlara” bənzədib.

Bundan sonra Rutte həmin bənzətməni davam etdirərək, “ata bəzən sərt dil istifadə etməlidir” ifadəsini işlədib. Tramp isə zarafatla reaksiya verərək, “O, məni sevir. Ata. Sən mənim atamsan” sözlərini deyib və bu, zalda gülüşə səbəb olub.

Rutte sonradan açıqlamasında bu ifadənin ciddi mənada olmadığını, daha çox dil və üslub fərqindən qaynaqlandığını bildirib və yaranan vəziyyəti yumor kimi qəbul etdiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
qafqazinfo.az

1Mənbələr