Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Son illərdə damarların tıxanması ən geniş yayılmış sağlamlıq problemlərindən biri kimi ön plana çıxır. Oturaq həyat tərzi, stress və yanlış qidalanma bu riskin artmasında əsas rol oynayır.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, gündəlik istifadə edilən bəzi qidalar bu prosesi daha da sürətləndirir. Onların sırasında isə xüsusilə marqarin diqqət çəkir.
Araşdırmalara görə, marqarin istehsalı zamanı bitki yağları kimyəvi prosesdən keçirilir və nəticədə trans yağlar yaranır. Bu yağlar orqanizmdə "pis" xolesterolu (LDL) artırır, "yaxşı" xolesterolu (HDL) isə azaldır. Nəticədə damar divarlarında lövhə yığılması sürətlənir və bu da damarların daralmasına, hətta tıxanmasına səbəb olur.
Xüsusilə qablaşdırılmış məhsullarda, şirniyyatlarda və hazır xəmir xörəklərində geniş istifadə edilən marqarin "gizli risk" hesab olunur. Bir çox insan yalnız birbaşa istifadə etdiyi miqdarı nəzərə alır, lakin digər qidalardan qəbul edilən miqdar da ümumi riski artırır.
Həkimlər bildirir ki, damar tıxanıqlığı infarkt və insult kimi ciddi xəstəliklərə yol aça bilər. Bu səbəbdən marqarinin rasiondan çıxarılması və ya minimuma endirilməsi tövsiyə olunur.
Sağlam qidalanma vərdişlərində edilən kiçik dəyişikliklər belə uzunmüddətli sağlamlıq üçün böyük əhəmiyyət daşıyır.
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.