AZ

Yaponiyada yeni TREND: Pişiklər üçün yeməklər QIZDIRILIR

Yaponlar pişiklərin yeməyini kütləvi şəkildə qızdırırlar.

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya KİV məlumat yayıb.

Yaponiyada ev pişikləri arasında populyarlaşan yeni və maraqlı bir trend yaranıb. Belə ki, sahibləri artıq pişiklərinin yeməyini mikrodalğalı sobada qızdıraraq verirlər.

Bu trendin əsası yerli alimlərin pişiklərin niyə porsiyalarını axıradək yemədikləri və yeməyi sonraya saxladıqları ilə bağlı apardıqları araşdırmadan sonra qoyulub.

Məlum olub ki, quru yeməyi mikrodalğalı sobada cüzi isitdikdə onun qoxusu daha parlaq və cəlbedici olur, bu da onu “təzə bişmiş məhsul”a bənzədir.

“Layfhak”ın reallıqda işə yaradığı bildirilir. Mütəxəssislər pişiklərin 38-40 dərəcə temperaturda olan qidaları daha çox bəyəndiyini qeyd edərək, yeməyi 200 Vt gücündə təxminən 10 saniyə qızdırmağı tövsiyə edirlər.

Yeganə şərt odur ki, qabın ağzını qida plyonkası ilə bağlamaq lazımdır, çünki qızdırıldıqda qoxu çox güclü olur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
interpress.az

1Mənbələr