AZ

Keçiddən keçməyən 72 yaşlı qadını maşın vurub öldürdü VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Krasnodar diyarının Yeysk şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza Armavir küçəsində qeydə alınıb. "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü hərəkətdə olarkən yolu müəyyən olunmamış hissədən keçməyə cəhd edən 72 yaşlı qadını vurub. Nəticədə ağır xəsarətlər alan təqaüdçü hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
avtosfer.az

1Mənbələr