AZ

Kölələrin varisləri təzminat tələb edir, kolonizatorların varisləri - imtina

Britaniyan kölə əməyinin istismarına görə qulların varislərinə nağd pul ödəməlidir, lakin bu ölkələrin kompensasiya almaq şansı azdır.

Musavat.com xarici mediaya istimadla xəbər verir ki, sorğulara görə, Böyük Britaniyada ən populyar partiyalardan birinə çevrilən ifrat sağçı “Reform UK” partiyası 200 ildən çox əvvəl dəymiş ziyana görə kompensasiya tələb edən ölkələrin vətəndaşlarına giriş vizalarının verilməməsinə çağırıb.

Hazırkı leyborist hökuməti də Britaniyanın onlara borclu olduğunu etiraf etməkdən imtina edir.

Britaniyaya immiqrasiyanın məhdudlaşdırılması çağırışları sayəsində populyarlıq qazanan “Reform UK” partiyasının (lideri Naycel Farajdır) İcmalar Palatasında cəmi səkkiz üzvü var.

Partiyanın sədri Ziya Yusif isə təzminat tələblərinin təhqir olduğunu bildirib və deyib ki, bu təşəbbüsü qaldıranlar Britaniyanın köləliyi ləğv edən və onun tətbiqini təmin edən ilk böyük güc olduğunu görməzliyə vururlar.

Bu fikirlər keşmiş kölələrin indiki nəsillərinin qənaətinə təsir etməyib. Karib Birliyinə və Afrika Birliyinə mənsub olan bir qrup ölkə, eləcə də bir neçə Latın Amerikası ölkəsi, keçmiş əzablara görə deyil, köləliyin iqtisadi inkişaflarına mənfi təsir göstərdiyinə görə təzminat tələb etdiklərini bildiriblər.

Son illərdə keçmiş müstəmləkə güclərindən rəsmi üzr istəmə və maliyyə təzminatı tələbləri getdikcə daha çox artmaqdadır. Lakin bu tələblər müqavimətlə qarşılanır. Bir neçə Qərb lideri müasir dövlətlərin keçmişə görə məsuliyyət daşımalı olmadıqlarına əsaslanaraq, bu məsələni müzakirə etməyəcəklərini bildiriblər. Böyük Britaniyanın baş naziri Kir Starmer təzminatlarla bağlı sonsuz müzakirələri davam etdirməkdənsə, irəli baxmağın lazım olduğunu söyləyib.

Musavat.com

 

Seçilən
45
musavat.com

1Mənbələr