AZ

"Azərbaycan Sənaye Sığorta" mənfəətdən zərərə keçib

"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) 2025-ci ili 2 milyon 588 min manat zərərlə başa vurub. Halbuki, şirkət 2024-cü ildən 1 milyon 297 milyon manat xalis mənfəətlə çıxmışdı.

Ötən il ASS-nin gəlirləri 29 milyon 287 min manat (əvvəlki ilə nisbətən 9,1 % çox), xərcləri 31 milyon 876 min manat (26,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə ASS-nin aktivləri 35 milyon 726 min manat olub ki, bu da illik müqayisədə 16,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 43,1 % artaraq 26 milyon 153 min manata, balans kapitalı isə 22,9 % azalaraq 9 milyon 573 min manata çatıb.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i "Anadolu İnvestment Company" MMC-yə, 5%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.

İş elanları AzVak.az-da

© "Report" 

Azərbaycan Sənaye Sığorta ASS sığorta şirkəti maliyyə hesabatı xalis zərər sığorta bazarı sığorta sektoru şirkət gəlirləri şirkət xərcləri maliyyə nəticələri aktivlər öhdəliklər balans kapitalı Anadolu Investment Company Azərbaycan Sənaye Bankı sığorta bazarında fəaliyyət korporativ maliyyə göstəriciləri sığorta şirkətlərinin nəticələri
Seçilən
4
2
marja.az

3Mənbələr