AZ

Regionda gərginlik artır: Münaqişələr qlobal riskə çevrilir Politoloq

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın yerləşdiyi regionda təhlükəsizlik mühiti gərgin olaraq qalır.

Şimalda Rusiya ilə Ukrayna arasında davam edən müharibə, cənubda isə İran ilə ABŞ-İsrail xəttində artan qarşıdurma regionda riskləri artırır.

Son məlumatlara görə, İranla ABŞ–İsrail birliyi arasında qısa müddətdə başa çatacağı ehtimal edilən gərginlik artıq 40 gündən çoxdur davam edir.

Atəşkəs və sülh təşəbbüslərinə baxmayaraq, nəticənin qeyri-müəyyən qalması həm tərəf ölkələr, həm də qlobal iqtisadiyyat üçün ciddi təhlükələr yaradır.

Gununsesi.info-ya danışaq politoloq Turan Rzayev qeyd edir ki, müasir münaqişələr artıq lokal xarakterdən çıxaraq regional və qlobal sabitliyə birbaşa təsir edən faktora çevrilib. Əgər əvvəlki dövrlərdə böyük güclər qısa müddətli hərbi müdaxilələrlə siyasi nəticə əldə etməyə çalışırdısa, hazırda münaqişələr daha çox “idarə olunan qeyri-müəyyənlik” mərhələsinə daxil olub:

“Bu yanaşmanın əsas nümunələrindən biri Rusiya–Ukrayna müharibəsi hesab olunur. Dörd ilə yaxın davam edən qarşıdurmada minlərlə insan həyatını itirib, milyonlarla insan isə öz ölkəsini tərk etmək məcburiyyətində qalıb. Hər iki ölkə ciddi iqtisadi itkilər və infrastruktur dağıntıları ilə üzləşib. Münaqişənin nə vaxt başa çatacağı isə hələ də qeyri-müəyyəndir. Analitiklərə görə, tərəflərin sürətli qələbə əldə edə bilməməsi müharibəni tükəndirmə strategiyasına çevirib. Oxşar dinamika İran–ABŞ–İsrail xəttində də müşahidə olunur. İlkin mərhələdə qısa eskalasiya kimi qiymətləndirilən qarşıdurmanın uzanması göstərir ki, tərəflər hərbi gücdən daha çox siyasi siqnal vasitəsi kimi istifadə edir. Diplomatik proseslərlə hərbi əməliyyatların sinxron olmaması isə diqqət çəkən əsas məqamlardan biridir. Məsələn, Pakistan vasitəçiliyi ilə aparılan danışıqlara baxmayaraq, tərəflər arasında real kompromis platforması formalaşmayıb. Bu isə atəşkəs təşəbbüslərinin nəticəsiz qalmasına səbəb olur”,- deyə o, eyni zamanda bildirib.

Siyasi şərhçi həmçinin deyib:

“Bu yanaşma resursların effektiv istifadəsinə və müharibənin uzanmamasına şərait yaradıb. Bundan əlavə, siyasi və hərbi qərarvermə mərkəzləri arasında koordinasiyanın yüksək səviyyədə olması əməliyyatların operativliyini artırıb. 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri isə bu modelin daha qısa zaman çərçivəsində və yüksək dəqiqliklə tətbiq oluna biləcəyini nümayiş etdirib. Qeyd olunur ki, bu əməliyyatlar genişmiqyaslı eskalasiyanın qarşısını almaqla yanaşı, hərbi hədəflərin minimal vaxtda zərərsizləşdirilməsinə imkan verib”.

Rzayev son olaraq qeyd edib ki, müasir münaqişələrdə əsas problem hərbi uğurların siyasi nəticəyə çevrilməsində yaşanan çətinliklərdir. Bu isə müharibələrin uzanmasına və qeyri-müəyyənliyin dərinləşməsinə səbəb olur.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
icma.az

1Mənbələr