AZ

Pezeşkian: “Əlimiz tətikdədir, İran Livanı tək qoymayacaq”

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

O bildirib ki, bu addımlar atəşkəslə bağlı ilkin razılaşmanın kobud şəkildə pozulmasıdır və beynəlxalq öhdəliklərin yerinə yetirilmədiyini göstərir. Onun sözlərinə görə, bu cür davranışlar davam edərsə, danışıqlar prosesi mənasını itirəcək. “İsrailin Livana qarşı aqressiyası aldatmadır və vədlərə əməl olunmamasının təhlükəli göstəricisidir. Bu cür addımlar davam edərsə, danışıqlar öz mənasını itirəcək. Əlimiz tətikdədir. İran heç vaxt livanlı bacı və qardaşlarını tək qoymayacaq”, — deyə Pezeşkian vurğulayıb. İran prezidentinin bu açıqlaması regionda atəşkəs fonunda gərginliyin davam etdiyi bir dövrə təsadüf edir.

Röya Əliyeva Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
azvision.az

2Mənbələr