AZ

Heç bir qələbə qurban olmadan əldə edilmir səfir İranın itkilərindən danışdı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Heç bir böyük qələbə fədakarlıq və qurbanlar olmadan əldə edilmir və bu reallıq tarixdəki bütün böyük münaqişələrdə də müşahidə olunub”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu APA-ya müsahibəsində deyib.

Səfir bildirib ki, müharibə zamanı İranın bir sıra rəsmi və rəhbər şəxsləri öldürülsə də, bu, ölkənin müdafiə və nüvə sahəsindəki proseslərinə təsir göstərməyib. Onun sözlərinə görə, bu itkilər milli müstəqillik və gücün qorunması yolunun bir hissəsi kimi dəyərləndirilir və mütləq şəkildə “qələbə” anlayışına kölgə salmır.

“İranda hakimiyyət strukturu ayrı-ayrı şəxslərə deyil, institusional çərçivəyə və yerli doktrinaya əsaslanır. Buna görə də, insan itkilərinə və bəzi əsas simaların itirilməsinə baxmayaraq, müdafiə, nüvə və regional sahələrdə əsas proseslər dayanmayıb. Bu davamlılıq isə strateji nəticələrin qiymətləndirilməsində mühüm göstəricilərdən biri kimi çıxış edir”, – o əlavə edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr