AZ

Netanyahu Livanla birbaşa danışıqlara başlamaq əmri verib

BAKI, 9 aprel. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu “Hizbullah” terror təşkilatının tərksilah edilməsi və münaqişənin mümkün qədər tez həlli məqsədilə Livanla birbaşa danışıqlara başlanması barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Netanyahu Livan tərəfinin dəfələrlə etdiyi xahişləri nəzərə alaraq, danışıqların mümkün qədər tez başlamasını əmr edib.

Məlumata görə, danışıqlar “Hizbullah” terror təşkilatının tərksilah olunmasına və İsrail–Livan münasibətlərinin normallaşdırılmasına yönələcək.

İsrail Baş naziri həmçinin Livan hökumət başçısının Beyrutun silahsızlaşdırılması ilə bağlı açıqlamasını müsbət qiymətləndirdiyini bildirib.

Seçilən
28
1
teleqraf.com

2Mənbələr