AZ

İslamabad görüşü sual altındadır – İran “qırmızı xətt” çəkdi

“Tehran Times” qəzetinin yüksək rütbəli iranlı təhlükəsizlik rəsmisinə istinadən yaydığı məlumata görə, Livana hücumlar dayandırılmasa, İran ABŞ ilə İslamabadda planlaşdırılan danışıqlardan imtina edə bilər.

Musavat.com xəbər verir ki, bu mövqe Tehranın danışıqlar üçün əsas şərtlərindən biri kimi irəli sürülüb.

Məlumata əsasən, İran tərəfi Livanda atəşkəsin təmin olunmasını “qırmızı xətt” kimi qiymətləndirir. Rəsmi Tehran hesab edir ki, hücumlar davam etdiyi şəraitdə ABŞ ilə hər hansı diplomatik təmasın mənası yoxdur.

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr