ain.az, Moderator.az portalına istinadən məlumat yayır.
ABŞ-nin sabiq hərbi qulluqçusu "Delta Force" xüsusi təyinatlı dəstəsi barədə gizli məlumatları media nümayəndəsinə verməkdə şübhəli bilinərək saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı informasiya yayıb.
Xəbərə görə, saxlanılan şəxs 2010-2016-cı illərdə Pentaqonda xidmət etmiş 40 yaşlı Kortni Uilyamsdır. İşlədiyi müddətdə onun dövlət sirri təşkil edən məlumatlara çıxış imkanı olub.
İstintaqla aydınlaşdırılıb ki, sabiq hərbçi 2022 və 2025-ci illər ərzində kimliyi gizli saxlanılan bir jurnalistlə əlaqə qurub. Bu dövr ərzində qadın hərbçi həmin şəxslə telefonda 10 saatdan artıq danışıq aparıb və 180-dən çox mesaj mübadiləsi edib. Media nümayəndəsi K.Uilyamsın xidmət etdiyi xüsusi bölmə ilə bağlı detalları toplayaraq, bu mövzuda məqalə və kitab ərsəyə gətirməyi hədəfləyib.
ABŞ Ədliyyə Nazirliyinin yaydığı sənədlərə əsasən, Uilyamsın adı həm sözügedən məqalədə, həm də 2025-ci ilin avqust ayında çap edilən kitabda qeyd olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.