Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb.
QOL.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin 1/4 final mərhələsinin ilk oyunlarının yekunlarına əsasən, bu ada "Bavariya"nın qapıçısı Manuel Noyer layiq görülüb.
40 yaşlı almaniyalı qolkiper Madrid "Real"ına qarşı səfər matçında 9 qurtarış edərək Münhen təmsilçisinin 2:1 hesablı qələbə qazanmasında böyük pay sahibi olub.
Qeyd edək ki, Noyerin rəqibləri David Raya ("Arsenal"), Yulian Alvares ("Atletiko") və Xviça Kvaratsxeliya (PSJ) olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.