AZ

Təyyarə qəzası-2 nəfər öldü

ABŞ-ın Arizona ştatında baş verən təyyarə qəzası faciə ilə nəticələnib.

Musavat.com xəbər verir ki, “NBC News”un yaydığı məlumata görə, kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

Hadisə Marana şəhərində yerləşən hava limanında qeydə alınıb. Məlumata əsasən, “Piper PA-32” tipli təyyarə uçuş-enmə zolağından çıxdıqdan sonra yanaraq partlayıb. Təyyarədə olan iki nəfərin hamısı həlak olub.

Qəzanın dəqiq səbəbləri hazırda araşdırılır.

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr