AZ

İran ABŞ ilə danışıqlarda davamlı razılaşma əldə etməyə ümid edir

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

İran bütün Yaxın Şərqdə davamlı sülhü bərpa etmək üçün Pakistanda ABŞ ilə keçiriləcək danışıqlarda razılığa gəlməyə ümid edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xatibzadə Britaniyanın ITV telekanalının efirində bildirib.

"Ümid edirik ki, münaqişəni nizamlamaq və bütün Yaxın Şərqdə davamlı sülhün bərqərar olması üçün saziş əldə etmək məqsədilə tezliklə Pakistanda görüşə biləcəyik", — deyə o qeyd edib.

Xatibzadənin sözlərinə görə, heç kim İranın razılaşmalara sadiq qalmaq qabiliyyətinə şübhə etməməlidir, çünki Tehran danışıqlara gedirsə, öz vədlərini yerinə yetirir və əldə olunmuş sazişlərə sadiq qalmağa çalışır.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
icma.az

2Mənbələr