İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İsrailin Livana və Tehranın müttəfiqlərinə hücumlarına son qoyulmasını tələb edib və bunun ABŞ ilə atəşkəs üçün əsas şərt olduğunu bildirib.
Redaktor.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Qalibaf sosial mediada yazıb:
“Livan və bütün müqavimət oxu, İranın müttəfiqləri olmaqla, atəşkəs rejiminin ayrılmaz hissəsini təşkil edir... Atəşi dərhal dayandırın”.
O əlavə edib ki, atəşkəsin pozulması güclü cavabla nəticələnə bilər.
Aminə ŞAHSUVARQIZI