AZ

Badamdarda qəbiristanlığa düşən yolda sürüşmə - FOTO

Bir neçə gün əvvəl yağan aramsız yağışlardan sonra Səbail rayonunda daha bir torpaq sürüşməsi baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsi 17-ci küçə - qəbiristanlığa düşən yolda qeydə alınıb. 

Sakinlərin sözlərinə görə, yamac sürüşdüyündən ərazidə təhlükəli vəziyyət yaranıb.

Problemlə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sürüşmənin aktiv olub-olmaması müvafiq qurumların rəyindən sonra məlum olacaq: “Sözügedən ünvana yerində baxış keçirilib və tərəfimizdən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanaraq ərazidə təmizlik işləri aparılıb”.

Qeyd edək ki, bir neçə gün əvvəl də Səbail rayonu Bibiheybət yolunun keçdiyi ərazidə də torpaq sürüşməsi baş vermişdi. Aidiyyəti qurumların rəhbər şəxsləri əraziyə baş çəkmiş, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin yoldan keçən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılmışdı. 

"Cebheinfo.az"

Seçilən
1
4
cebheinfo.az

5Mənbələr