AZ

Tovuzda valideynlərin imtina etdiyi uşaqların səhhəti necədir?

Tovuz rayonunda ailənin imtina etdiyi uşaqların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidən (TƏBİB) Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, 09.04.2026-cı il tarixində saat 14:10 radələrində 2018, 2019 və 2024-cü il təvəllüdlü 3 azyaşlı (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

“Azyaşlıların tibbi müayinəsi həyata keçirilib. Hər birinin vəziyyəti qənaətbəxşdir”.


Qeyd edək ki, ivalideynləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir. Həmin uşaqlar İ.Ələsgərov (2024), İ.Ələsgərov (2019) və Y.Ələsgərovdur (2018).
Uşaqların anasında psixi pozulma olduğu üçün valideynlər onlara baxmaq imkanında deyil.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr